Pyotr Poroşenko: "Müharibə hər an başlaya bilər"
Kiyevdə Ukraynaya dəstək məqsədilə beynəlxalq donor konfransı keçirilir. APA TV-nin məlumatına görə, konfransda prezident Pyotr Poroşenko çıxış edib.
Pyotr Poroşenko müharibənin hər an başlaya biləcəyini söyləyib: “Minsk razılaşmaları tam yerinə yetirilməlidir. Müharibə təhlükəsi hələ də qalır və hər an yenidən başlaya bilər. Biz buna hazırıq. Qorxmalı olduğumuz yeganə şey qorxunun özüdür. Ümid edirəm ki, hər iki cəbhədə - həm şərq cəbhəsində, həm də iqtisadi cəbhədə - belə bir qorxu yoxdur".
Onun sözlərinə görə, Krımın ilhaqından sonra heç kim inanmırdı ki, Ukrayna ayağa qalxacaq və 23 il ərzində zəiflədilmiş ordusunu qısa müddətdə bərpa edəcək: "Ukrayna xalqı müstəqilliyini və ölkənin sarsılmazlığını qorumaq üçün bu gün birləşib”.