İŞİD öz qəzetinin baş redaktorunu edam etdi
İŞİD terrorçuları edamları davam etdirir. APA TV-nin xəbərinə görə, terrorçuların növbəti qurbanı bir jurnalist və bir peşmərgə döyüşçüsü olub.
Edam İŞİD-in nəzarətində olan Mosul şəhərində həyata keçirilib. Edamın görüntüləri terrorçulara məxsus sosial paylaşım saytlarında yayılıb.
Edam olunan jurnalist İŞİD-in çap etdirdiyi "Xalqın fikri" qəzetinin baş redaktoru Sair El Ali, peşmərgənin isə İbrahim Salih Muhəmməd olduğu qeyd olunur. Ərbildən olan peşmərgə döyüşçüsü edam qabağı kəlmeyi-şəhadətini oxuyub. Onu başından güllələyən terrorçu isə kürdcə danışıb.
Qeyd edək ki, İŞİD bundan öncə də 9 peşmərgənin edam görüntülərini yaymışdı. Peşmərgələri kürd əsilli İŞİD döyüşçülərinin edam etdiyi bildirilir.