Zabratda törədilən qətlin təfərrüatları məlum oldu - VİDEO

Zabrat  qəsəbəsində  baş verən qətl hadisəsini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Vüsal Musayev barəsində həbs qətimkan tədbiri seçilib. APA TV-nin əldə etdiyi məlumata görə, qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinən  Vüsal Musayev prokurorluğa verdiyi ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Öldürülən 1986-cı il təvəllüdlü Zakirə Məmmədovanın bədənində 6 bıçaq yarası aşkarlanıb. Yaralardan 4-ü ürək nahiyəsi ətrafında müəyyən edilib.

 

Qeyd edək ki,  hadisə Zabrat qəsəbəsi,  Xavər Vəliyev küçəsində qeydə alınıb. Orada kirayənişin yaşayan Vüsal Musayev həyat yoldaşı tərəfindən təhqir olunduqdan sonra sonra mətbəx bıçağı ilə  onu qətlə yetirib. Ailə kirayə qaldıqları evə bir həftə əvvəl köçübmüş. Bu səbəbdən ev sahibi və qonşular ailə barədə əlavə məlumat verə bilməyiblər. Əslən Şərurdan olan mərhum  Zakirə Məmmədovanın Nərimanov rayon ərazisində marketlərin birində kassir işləyib.

 

Müəllif | Apa.Tv