Elmar Mәmmәdyarov aprelin 30-da Parisdə hәmsәdrlәrlә görüşәcәk
Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov aprelin 30-da ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri ilә görüşәcәk.
APA TV-nin xəbərinə görә, bu barәdә Elmar Məmmədyarov belçikalı hәmkarı Didye Reynderslә görüşdәn sonra keçirilən mәtbuat konfransında deyib.
Onun sözlərinə görә, görüş Parisdә baş tutacaq: “Həmsədrlərlə əvvəldən danışmışdıq ki, aprel qurtarsın, ondan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini yerindən necə tərpədə biləcəyimiz barədə fikirləşək”.
Nazirin dediyinə görə, Ermənistan tərəfi müəyyən bəhanələr gətirirdi ki, aprel ayında müəyyən tədbirləri var: “Artıq aprel qurtarır. Aprelin 30-da Parisdə həmsədrlərlə görüşəcək, hansı planları quracağımızı müzakirə edəcəyik. İlk növbədə Ermənistan qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmalıdır. Ondan sonra atacağımız addımları müəyyənləşdirəcəyik”.
Belçika baş nazirinin müavini, xarici işlәr naziri Didye Reynders isə bildirib ki, Belçika Dağlıq Qarabağ münaqişәsinin nizamlanması istiqamətində әlindәn gәlәni etmәyә hazırdır: “Biz istәrdik ki, Dağlıq Qarabağ münaqişәsi ilә bağlı iki qonşu ölkə arasındakı problem Minsk Qrupunun fәaliyyәti çәrçivәsindә hәll olunsun. Ümid edirik ki, bütün tәrәflәrin razılığı ilә öz müqәddәratını tәyinetmә mәsәlәsi hәllini tapacaq. Eyni zamanda insanlar arasında təmaslar qurulması da hәll olunmalıdır”.