Edamına 1 gün qalmış həbsxanada evlənən məhkumun əfv müraciəti cavabsız qaldı
İndoneziyada barəsində edam hökmü çıxarılmasına baxmayaraq həbsxanada evlənən şəxs əfv olunmayıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, edam məhkumu avstraliyalı və daha 8 nəfər son dəfə yaxınları ilə görüşüblər. 2006-cı ildən "edam hökmü" altında saxlanılan Avstraliya, İndoneziya, Braziliya, Nigeriya və Filippin vətəndaşlarının azad olunması məsələsinə BMT də qarışıb. Lakin narkotik qaçaqmalçılığına qarşı sərt mövqeyi ilə seçilən İndoneziya qanunları ilə bunun mümkünsüz olduğu bildirilib. Ölüm cəzasına məhkum edilən və bu gün edam olunacağı deyilən avstraliyalı Endrü Çan adlı şəxs isə icraya bir gün qalmış tanıdığı bir qızla həbsxanada nikaha girib. Onun yaxınları ölkə prezidentindən Çanın əfv edilməsini xahiş etsələr də bu, nəticəsiz qalıb. Çanla bir yerdə 8 nəfər ölüm məhkumunun tabutları da artıq edam olunacaqları "ölüm adası"na göndərilib. Xatırladaq ki, bu şəxslər narkotik qaçaqmalçılığına görə İndoneziyada ən ağır cəza alan sonuncu şəxslər deyil. Edam hökmü Serj Atlaui adlı Fransa vətəndaşına da şamil edilib. Onun barəsində seçilmiş cəzanın nə vaxt icra ediləcəyi deyilmir.