Həmid Kərzai: “ABŞ Əfqanıstana bizim gözlədiyimiz sülhü gətirmədi”

“Sovet qoşunları Əfqanıstandan çıxandan sonra ölkədə müəyyən sabitlik yaranmışdı. 11 sentyabr hadisələri ilə ABŞ Əfqanıstanda bu sabitliyə son qoydu, Əfqanıstanda münaqişə sonsuz vəziyyət aldı”.

 

APA TV-nin xəbərinə görə, bunu Bakıda III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai deyib.

 

"2004-2005-ci illərdə Konstitusiya qəbul etdik, ölkənin parlamenti formalaşdı. Bütün münaqişə tərəfləri özlərinə parlamentə yer tapdı. Əfqanıstanda biz, demək olar ki, problemlərin həllinə çox yaxınlaşmışdıq. Təəssüf ki, bu mümkün olmadı. Kənardan təsirlər var. Bu gün “Taliban” bizə, NATO güclərinə qarşı çıxış edir. Biz isə onları xarici qüvvə kimi qəbul edirik. Mən ümidvaram ki, Əfqanıstan tez bir zamanda təhlükəsiz bir ölkəyə çevriləcək" - deyə sabiq prezident bildirib.

 

Kərzai ölkəsinə hər zaman dəstək verən Azərbaycana öz təşəkkürünü bildirib.

Müəllif | Apa.Tv