Moskvada 3500 miqrant saxlanıldı

Moskva polisi tərəfindən keçirilmiş “miqrant-axtarış” əməliyyatı zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 3500-dək xarici vətəndaş saxlanılıb.

 

APA TV-nin TASS-a istinadən xəbərinə görə, kompleks profilaktik tədbirlər Rusiya paytaxtında   aprelin 17-dən keçirilir.  Əməliyyat zamanı miqrantların yaşadığı 460-dan çox yataqxana yoxlanılıb.

 

“Altı gün ərzində cinayətlərlə əlaqəli olub-olmadıqlarını yoxlamaq məqsədilə 42 mindən çox xarici vətəndaş polis bölmələrinə gətirilib. Onlardan 3500-ü miqrasiya qanunvericiliyinin tələblərini pozub, 2 min nəfər barəsində ölkədən çıxarılmasına dair qərar verilib”, - deyə məlumatda bildirilir.

 

Əməliyyat zamanı ağır və xüsusi ağır cinayətlər törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv