Nepalda zəlzələ anı: Dağlar yerindən oyandı - REAL GÖRÜNTÜ
Nepalda baş verən 7,9 bal gücündə zəlzələnin yeni görüntüləri yayılıb.
APA TV-nin "Russia Today"ə istinadən məlumatına görə, Nepalın Çinlə sərhədində hündür dağlarda müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərdə dağların yerindən oynadığı əks olunub. Güclü yeraltı təkanlardan sonra əhalinin panikaya düşdüyü də görüntülərdə yer alıb.
Qeyd edək ki, son açıqlanan rəqəmlərdə Nepalda baş verən zəlzələ nəticəsində ölü sayının 4 500 nəfərə çatdığı bildirilir. Təkanlar nəticəsində yaralananların sayı isə azı 8500 nəfərə çatıb. Nepal baş naziri mətbuata açıqlamasında qeyd edib ki, ölü sayı 10 minə çata bilər.
Qeyd edək ki, indiyədək Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Böyük Britaniya, Çin və İsrail Nepala yardım əlini uzadıb.