Nigeriyada "Boko Haram"ın qaçırdığı 200 qadın azad olundu

Nigeriya ordusu "Boko Haram" terror təşkilatına qarşı növbəti əməliyyat keçirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hərbçilər qruplaşmanın möhkəmləndiyi Sambis şəhərindəki üç düşərgəyə hücum ediblər. Əməliyyat nəticəsində terrorçulara ağır zərbə vurulub. "Boko Haram"ın qaçırdığı qadınlardan 200-dən çoxu girovluqdan azad edilib. Onların arasında ötən il Çibok şəhərindən qaçırılmış məktəblilərin olması barədə xəbərlər yayılıb. Xatırladaq ki, məktəbli qızların qaçırılması ölkədə hakimiyyətin acizliyi kimi dəyərləndirilmiş və iqtidara qarşı etirazlara səbəb olmuşdu. Komandanlıq həmin girovlar arasında məktəbli qızların olmadığını bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv