Sarayda kafedə dava olub, yaralanan var

Abşeron rayonu ərazisindəki kafelərdən birində dava-dalaş olub. Abşeron rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Saray qəsəbəsində yerləşən "Qatar" kafesində müştərilər Ağayev Arif Abdulla oğlu və Ağayev Tural Azər oğlu arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və Tural Ağayev bıçaqla A.Ağayevə xəsarət yetirib. Bundan sonra dava daha da qızışıb və hər iki şəxsin ətrafında olan şəxslər də münaqişəyə qoşulub.

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Tural Ağayev saxlanılıb, araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv