Şabranda yaşayış evi külə döndü: 3 yaralı

Şabran rayonunda yaşayış evi yanıb. Hadisə  gecə saatlarında rayonun Ağalıq kəndində qeydə alınıb.

 

Kənd sakini, 76 yaşlı Lumu Əhmədovaya məxsus iki mərtəbəli, 4 otaqlı evdə yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Alov bütün evi içindəki əşyalarla birlikdə külə döndərib. Yanğınsöndürənlərin səyinə baxmayaraq, mənzildə heç nəyi yanğından xilas etmək mümkün olmayıb. Yalnız ətrafdakı yaşayış evləri və yardımçı tikililər yanğından mühafizə olunub. Hadisə nəticəsində mənzildə olan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar ev sahibəsi Lumu Əhmədova, oğlu Pənah Əhmədov və nəvəsi Etibar Əhmədovdur. Onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və lazımı tibbi yardım göstərilib.

 

Yanğının baş vermə səbəbləri hələ ki məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan