Obama Yaponiyanı Rusiya və Çinə qarşı birləşməyə dəvət etdi

Yaponiyanın baş naziri Sindzo Abe Vaşinqtonda səfərdədir.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Ağ Evdə baş nazirin prezident Barak Obama ilə keçirdiyi görüşdə ABŞ prezidenti Yaponiyanı Rusiyaya və radikal islamçı terror təşkilatlarına qarşı birgə mübarizə aparmağa dəvət edib.

 

Bundan əlavə, Barak Obama Çinin Asiyadakı qonşu dövlətlərə "əzələ" göstərmək cəhdlərindən narahatlığını dilə gətirib. ABŞ-ın dövlət başçısı Tokioya bölgədə təhlükəsizlik naminə ikili ittifaq təklif edib.

Müəllif | Apa.Tv
Apa.tv