Saakaşvili: “Avropa dəyərlərini qorumaq istəyirsə, Azərbaycanla dostluq etməlidir”
“Gürcüstanda baş verən hadisələri ayrıca götürülmüş fakt hesab edənlər vardı. Amma 2008-ci ilin avqustundan sonra dünyada düzənin pozulduğunu anlayanlar da var idi”. APA TV-nin məlumatına görə, bu fikirləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Bakıda keçirilən III Qlobal Forumda çıxışı zamanı deyib.
Saakaşvili bildirib ki, Azərbaycana hər səfəri zamanı ölkənin inkişaf tempindən məmnun qalır: “Tərəqqi göz qabağındadır. Qərbin də Azərbaycana münasibəti dəyişib. Əvvəllər Azərbaycana ikili yanaşma vardı. Günün reallıqları göstərir ki, Qərb üçün yeganə alternativ enerji mənbəyi Azərbaycandır. Əgər Avropa öz dəyərlərini qorumaq istəyirsə, Azərbaycanla dostluq etməlidir”.
Saakaşvili bildirib ki, Azərbaycanın nə uğrunda mübarizə apardığı anlayışla qarşılanır: “Azərbaycan Avropanın islam radikalizmindən öz müdafiə xəttidir”.