Bakıda 24, bölgələrdə 28 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə  verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

 

Mülayim cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında aprelin 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

   

Müəllif | Apa.Tv
Apa.tv