Goranboyda qatar qəzası: 3 vaqon relsdən çıxaraq aşdı

Bakı-Böyükkəsik dəmir yolu xəttinin Goranboy rayonu ərazisindən keçən hissəsində yük qatarı qəzaya uğrayıb. APA TV-nin yerli bürosuna verilən xəbərə görə, dəmir yolu ilə hərəkət edən qatar  relsdən çıxaraq aşıb. Həmin xətt üzrə hərəkət edən qatarların hərəkəti bir neçə saatlıq dayanadırılıb.


Hadisə ötən gün axşam saatlarında Kürəkçay stansiyasının yaxınlığında baş verib. Böyükəsik istiqamətdə hərəkətdə olan qatar stansiyanın daxilində manevretmə prosesi yerinə yetirilərkən vaqonların 3-ü relsdən çıxaraq aşıb. Vaqonlar yüksüz olduğundan dağıntı nisbətən az olub.  Hadisə zamanı dəmir yolu infrastrukturuna qismən ziyan dəyib. Gecə saatlarından etibarən  Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin İnfrastruktur Departamenitinin texnikası və işçi qüvvəsi dərhal hadisə yerinə səfərbər edilib. Həyata keçirilən tədbirlər nəticəsində gecə saatlarında aşmış vaqonlar yığışdırılıb və dəymiş ziyan aradan qaldırılıb. Departamendən bildiriblər ki,  qəza digər qatarların hərəkətinə maneə yaratmayıb.

Bildirilir ki, qəzanın vaqonlarda olan nasazlıq səbəbindən baş verdiyi güman olunur. Qəzanın dəqiq səbəbləri Azərbaycan Dəmir Yolları QSC-nin müətəxəssisləri hadisə yerinə baxış keçirəndən sonra müəyən ediləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv