Azərbaycanda dollar ucuzlaşmaqda davam edir
Azərbaycanda ABŞ dollarının ucuzlaşması tendensiyası davam edir. Mərkəzi Bankın bu günə açıqladığı məzənnəyə görə 1 dolların kursu 1,0487 manat təşkil edib. Avro və rus rublunun məzənnəsində də dəyişiklik qeydə alınıb. 30 aprel tarixli rəsmi məzənnəyə əsasən, 1 avro 1,1644 manat, 1000 rus rublu isə 20 manat 50 qəpikdir. Xatırladaq ki, bu həftənin əvvəllərindən başlayaraq ABŞ dollarının qiymətində ucuzlaşma müşahidə olunur.