İntihar etdiyi deyilirdi, qayınatasının öldürdüyü müəyyənləşdi - BUZOVNADA QƏTL

Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi müəyyənləşib. Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aprelin 23-də Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, Mustafayev küçəsi döngə 7, ev 2 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Emin Vaqif oğlu Rzayev aldığı bıçaq xəsarətlərindən ölüb. Yaxınları ilkin olaraq, hüquq-mühafizə orqanlarına onun özünü bıçaqlayaraq, intihar etdiyini desələr də, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin intihar olmadığı məlum olub. Müəyyən edilib ki, E. Rzayevi qayınatası, 1938-ci il təvəllüdlü Tofiq Həbib oğlu Bağırov bıçaqlayaraq qətlə yetirib.  Hadisəni törədən Tofiq Bağırov saxlanılıb. Cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.  Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv