Cəlilabadda "VAZ-2107" "KamAZ"a çırpıldı, sürücü öldü

Azərbaycanın Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 127-ci kilometrliyində, yolun rayonun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Siyəzən rayon sakini Orxan Sədrəddinovun idarə etdiyi Nəqliyyat Nazirliyinə məxsus “KamAZ” markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Alar kənd sakini Güloğlan Əzizovun idarə etdiyi  “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-2107”-nin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

 

Hadisənin dəqiq səbəbləri həyata keçirilən avtoekspertizanın verəcəyi rəydən sonra  məlum olacaq.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv