Abdulla Gül ADA Universitetinin fәxri diplomu ilә tәltif olunub

“Bu gün Qafqazda tәhlükәsizlik vә stabillik yoxdur”. APA-nın mәlumatına görә, bu sözlәri Türkiyәnin 11-ci prezidenti Abdulla Gül ADA Universitetində keçirdiyi görüşdə deyib.

 

O bildirib ki, bunun ilk sәbәbi Azәrbaycan torpaqlarının işğal altında olmasıdır: “Bu durumun qısa vaxtda sona çatması üçün hәr kәs әlindәn gәlәni etmәlidir. Minsk Qrupunun son 20 illik fәaliyyәti qənaətbəxş deyil. İkili standartlar mövcuddur. Bu, işğalın davam etmәsinә fürsәt verir. Dünya Ukraynadakı vәziyyәtә reaksiya verir, amma eyni işğal Azәrbaycanda davam edәrkәn buna sәssiz qalır. Beynәlxalq hüquqa inam azalır. Bu işğal tez bir zamanda sona çatdırılmalı vә Qafqazda tәhükәsizlik tәmin olunmalıdır”.

 

Görüş zamanı Abdulla Gül ADA Universitetinin fәxri diplomu ilә tәltif olunub. Türkiyәnin sabiq prezidentinə mükafatı ADA Universitetinin rektoru Hafiz Paşayev tәqdim edib. Mükafat universitetin Elmi Şurasının qәrarı ilә Abdulla Gülə dünyada sülhün bәrqәrar olmasında, habelə Türkiyә-Azәrbaycan münasibәtlәrinin möhkәmlәndirilmәsindәki roluna görә verilib.

Müəllif | Apa.Tv
Apa.tv