Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul otağının açılışı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşların nazirliyə müraciət imkanlarının artırılması və müraciətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində növbəti addım olaraq, nazirliyin inzibati binasında müasir iş üsulları əsasında yenidən qurulmuş qəbul otağının açılışı olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, bu işlərdə əsas prinsip vətəndaşların aidiyyəti məsələlərlə əlaqədar nazirliyə müraciət imkanlarının müasir texnologiyalar əsasında genişləndirilməsi, onların müraciətlərinin operativ cavablandırılmasına şərait yaradılmasıdır.
Vətəndaşlar qəbul otağına şəxsən gəlməklə, elektron xidmətdən istifadə etməklə, 142-“Çağrı mərkəzi”nə və ya nazirliyə yazılı müraciət etməklə nazirliyin rəhbərliyinin və ya aidiyyəti qurumlarının rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər. Bütün hallarda vətəndaşların müraciətləri qeydə alınmalıdır. Vətəndaşların müraciətlərlə bağlı qoyduqları email ünvanlarına onların mobil telefonlarına sm vasitəsi ilə bu barədə məlumat verilir.
Nazirliyin qəbul otağında qəbul edilmək istəyən şəxs ona göndərilmiş məlumat üzrə buradakı post-terminala yaxınlaşacaq və POS-terminalın monitorundakı “əvvəlcədən qəbula yazılanlar” bölümündə öz adını seçərək, növbəlilik qaydasında nömrələnmiş qəbz əldə edəcəklər. Bununla belə, əvvəlcədən növbəyə yazılmayan şəxslər də birbaşa qəbul otağına gələrək, POS-terminaldakı monitorda “Növbəni götür” bölümünə daxil olmaqla, nömrələnmiş qəbz əldə edəcək və qəbul olunacaqlar. İdris İsayev ƏƏSMN-də vətəndaşların qəbulu ilə bağlı yeni Qaydaların təsdiq olunduğunu, orada nazirlikdə qəbul prosedurlarının təkmilləşdirilməsinə yönələn bir sıra yeniliklərin əksini tapdığını vurğulayıb. O bildirib ki, həmin Qaydalar nazirliyin rəsmi internet resursunda yerləşdirilib. Daha sonra nazir müavini nazirliyin qəbul otağında yaradılmış şəraitə, burada yeni sistem üzrə aparılan qəbul prosesinə baxış olub, nazir müavini tərəfindən aidiyyəti tapşırıqlar verilib.