Azərbaycan prezidenti Asiya İnkişaf Bankının rəhbərini qəbul edib

Prezident İlham Əliyev aprelin 30-da Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın önəmi bildirilib, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkan olduğu məmnunluqla qeyd edilib. Bu baxımdan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb və tədbirə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyi bildirilib.

 

Söhbət zamanı Azərbaycan və Asiya İnkişaf Bankı arasında həyata keçirilən uğurlu layihələrin əhəmiyyətindən danışılıb və əməkdaşlığın konkret perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv