Azərbaycanda dollar yenə ucuzlaşdı

Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi manata nisbətdə ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının bu günə açıqladığı rəsmi məzənnəyə əsasən, dolların dəyəri 0,0005 manat və ya 0,05% ucuzlaşaraq 1,0482 manat təşkil edib.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsi isə bahalaşıb. Hazırda avronun kursu 1,1749 manatdır. Rəsmi məzənnəyə əsasən, 1000 rus rublunun məzənnəsi 20 manat 40 qəpik olaraq müəyyənləşib. 

Müəllif | Apa.Tv
Apa.tv