Britaniyada seçkilər: Mühafizəkarların qələbə şansı artır
Böyük Britaniyada parlament seçkilərinə bir həftə qalmış hazırda hakimiyyətdə olan mühafizəkarların leyboristləri qabaqladığı açıqlanıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bunu keçirilən sorğular təsdiqləyir. Bu arada hər iki partiyanın liderlərinin teledebatları da davan edir və bu xəbərdən baş nazir Devid Kemeronun çox sevindiyi açıqlanıb. Bu günkü teledebatda liberal demokratların lideri də iştirak edəcək. Politoloqlar isə bu seçkiləri "son on ilin ən çətin prosesi" adlandırıblar. Çünki aradakı fərq çox azdır. Ehtimal olunur ki, rəqiblərin heç biri parlamentdə tam üstünlük qazana bilməyəcəklər və krallıq II Dünya Müharibəsindən sonra ikinci dəfə koalisiya hakimiyyəti ilə idarə oluna bilər. Xatırladaq ki, hazırkı baş nazir Devid Kemeron yenidən uğur qazanacağı təqdirdə krallığın Avropa İttifaqından ayrılması barədə referendum keçirəcəyini açıqlayıb, onun əsas rəqibi Eddi Melibend isə bunun əleyhinədir.