Zaqatalada 2 həmkəndli müəmmalı şəkildə bıçaqlanıb

Zaqatalada iki  gənc müəmmalı şəkildə bıçaqlanıb.  Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-nin şimal-qərb bürosuna verilən məlumata görə, rayonun Əliabad qəsəbə sakinləri, 1996-cı il təvəllüdlü Ruslan Rəhim oğlu Hüseynov döş qəfəsinin sağ nahiyəsinin və sol bazunun üçdə birinin kəsilmiş və deşilmiş bıçaq yarası, 1994-cü il təvəllüdlü Fərhad Xanlar oğlu Abdullayev isə döş qəfəsinin sol nahiyəsinin kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olublar. Zaqatala rayon Polis Şöbəsindən Ruslan Hüseynovun və Fərhad Abdullayevin bıçaqlanması faktı təsdiqlənib. Bildirilib ki,  hazırda Zaqatala RPŞ-nin əməkdaşları cinayətin  hansı zəmində baş verdiyini araşdırmaq üçün axtarış-əməliyyat tədbirləri keçirir. 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov