Qondarma “DQR”də keçirilən seçkilərdə “müşahidəçi” olmuş şəxs beynəlxalq axtarışa verilib

“İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən təşkil olunan qondarma “seçkilərdə” özünü “müşahidəçi” adlandıran bəzi marginal siyasi şəxslərin bu kimi davranışı Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması kimi qiymətləndiriləcək”. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib.

 

Mətbuat katibi bildirib ki, özünü “müşahidəçi” elan edən bu şəxslərin fəaliyyəti işğal, təcavüz və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrinin təşviqinə xidmət edir. Hikmət Hacıyevin sözlərinə görə, Slovakiya vətəndaşı Frantişek Mikloşkonun halında olduğu kimi, işğal olunmuş ərazilərə qanunsuz səfər edən və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozan bu kimi “müşahidəçi”lərə münasibətdə də cinayət təqibinin başlana biləcəyi istisna deyil. Hazırda Frantişek Mikloşko barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir və o İnterpol vasitəsilə axtarışa verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv