Abdulla Gül Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyənin sabiq prezidenti Abdulla Gül Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. APA TV-nin məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.

 

Abdulla Gül daha sonra Şəhidlər Xiyabanını ziyarət edib. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

 

Daha sonra Abdulla Gül Türk Şəhidliyinə gələrək, burada xatirə dəftərinə ürək sözlərini yazıb.

 

Müəllif | Apa.Tv
Apa.tv