Gəncədə I Avropa Oyunlarına yaradıcı dəstək festivalı keçirilib
Gəncədə "Region gənclərindən I Avropa Oyunlarına yaradıcı dəstək" layihəsi çərçivəsində festival keçirilib.
APA TV-nin xəbərinə görə, Prezident yanında Gənclər Fondu və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan festivalda region gəncləri öz yaradıcılıq imkanlarını sərgiləməklə ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək nümayiş etdiriblər.
Festivalda uşaq və yeniyetmələrin yaradıcılığı da nümayiş olunub, intellektual yarış və viktorinalar keçirilib. Sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr də festivala qatılaraq dəstəklərini əsirgəməyiblər.
İlk Avropa Oyunlarına dəstək məqsədilə həyata keçirilən layihənin başqa bir məqsədi də regionlardakı yaradıcı və potensiallı gənclərin üzə çıxarılmasıdır.