Azərbaycan prezidenti Macarıstan səfirini qəbul edib

Prezident İlham Əliyev Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

APA TV-nin məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu bildirildi, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

 

İki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.

Müəllif | Apa.Tv
Apa.tv