Azərbaycan prezidenti BVF-nin icraçı direktorunun müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Mitsuhiro Furusavanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


APA TV-nin məlumatına görə, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, tədbirə hazırlığın yüksək səviyyədə təşkil edildiyi bildirilib. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan və bu istiqamətdə yaxşı təcrübəyə malik olduğu məmnunluqla qeyd edilib.

 

Söhbət zamanı Azərbaycanla Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulandı və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv