Vaşinqton Dağlıq Qarabağdakı "parlament seçkisi"ni tanımayacağını bəyan etdi

Rəsmi Vaşinqton mayın 3-də Dağlıq Qarabağda keçiriləcək seçkilərin nəticələrini tanımaq niyyətində deyil.

 

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bəyan edib.

 

"ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır. Bununla əlaqədar biz mayın 3-də keçiriləcək seçkilərin nəticələrini qəbul etməyəcəyik", - deyə C.Ratke bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv