Yəməndə üsyançılar Səudiyyə Ərəbistanının sərhədinə hücum etdilər

Yəməndə hakimiyyəti devirən şiə üsyançılar Səudiyyə Ərəbistanının sərhəd məntəqələrinə hücum ediblər. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, faktı krallığın Müdafiə Nazirliyi təsdiqləyib. Toqquşma nəticəsində üç səudiyyəli hərbçinin  öldürüldüyü bildirilir. Bundan əvvəl də Yəmənlə Səudiyyə Ərəbistanı sərhədindəki Nəciran əyalətində analoji hal qeydə alınıb. Səudiyyə Ərəbistanı bundan əvvəlki insidentdə bir sərhədçisini itirib. Sərhəddə qeydə alınan bu faktlar "ərəb koalisiyası"nın "... fırtına" əməliyyatını "Ümid oyanışı" əməliyyatına dəyişdirməsindən sonra daha da intensivləşib. Bu arada Ədəndə möhkəmlənən şiə-husi birləşmələri yenidən bombardmana məruz qalıblar. Xatırladaq ki, şiə üsyançıları artıq paytaxt Səna da daxil olmaqla Yəmənin böyük bir hissəsinə nəzarət edirlər. Münaqişə başlayandan 5 min insanın həyatını itirdiyi bildirilir. Taiz şəhəri tamamilə boşalıb, ölkədə yanacaq və ərzaq çatışmazlığı yaşanır.

Müəllif | Apa.Tv
Apa.tv