Şirvanda nişanlı qız özünü Kürə atdı

Şirvan şəhərində nişanlı qız özünü Kürə ataraq intihar edib. Şirvan Şəhər Prokurorluğundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, şəhər sakini, Bayramlı qəsəbəsinin Hüseyn Cavid küçəsində yaşayan 1996-cı il təvəllüdlü Elnarə Rahib qızı Rüstəmova özünü evlərinin yaxınlığından keçən Kür çayına atıb.

 

Hadisə səhər saatlarında baş verib. Anası qızını səhər yataq otağında görməyib. Sonradan məlum olub ki, o, bir müddət əvvəl özünü çaya ataraq intihar edib. Onun meyiti FHN-in Sularda Xilasetmə Xidməti tərəfindən çaydan çıxarılaraq müayinə üçün aidiyyəti quruma təhvil verilib.

 

Yaxınlarının dediyinə görə, nişanlı olan Elnarə özündə xərçəng xəstəliyinin olduğunu bildikdən sonra intihar edib. Şirvan şəhər morqundan da Elnarənin meyitinə vizual baxış zamanı qoltuğunun altında şiş olduğunu təsdiqləyiblər.

 

Faktla bağlı Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı