Bakıda 23, rayonlarda 26 dərəcə isti olacaq

Mayın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 11-16, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv