Kürdəmirdə qəza baş verib, iki yaralı var

Kürdəmirdə iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

 

Hüseynov Mövsüm Cəfər oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə Bayramov Bayram Habil oğlunun idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu toqquşub.

 

Nəticədə “VAZ” markalı maşının sürücüsü və sərnişini Babayev Əlibaba Mətləb oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanadan verilən məlumata görə, hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətləri orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Zahid Abışov