Beş ay əvvəl Kürdə batan müəllimin meyiti tapıldı

Sabirabadda 5 ay əvvəl suda batan orta məktəb müəlliminin meyiti tapılıb.

 

Sabirabad Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, 5 ay əvvəl Kür çayında boğulan və itkin düşən Cavad kənd sakini, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlunun meyiti çaydan çıxarılıb.

 

Meyit Əhliman Hüseynovun batdığı yerdən 3-4 kilometr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, 5 dekabr 2014-cü ildə Sabirabad rayon 4 saylı orta məktəbin müəllimi, Əhliman Hüseynov “VAZ-2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb. Həmin vaxt  avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı xilas edilsə də, sürücünü xilas etmək mümkün olmayıb. Onun meyitinin axtarışları bir nəticə vermədiyindən axtarışlar dayandırılıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı