Kanalda batan Qusar sakininin meyiti tapıldı

Samur-Abşeron kanalında batan Qusar rayon sakininin meyiti tapılıb.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, Qusa rayon Mucuqoba kənd sakini, 1983-cü il təvəllüdlü Fərzəliyev Robert Ravil oğlunun meyiti kanalın Xaçmaz rayonunun Küpçal kəndi ərazisindən keçən hissəsində tapılıb.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən kanaldan çıxarılan cəsəd aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan