Şabran sakini dərmandan zəhərlənib

Şabran rayonunda dərmandan zəhərlənmə faktı qeydə alınıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 1987-ci il təvəllüdlü Tofiqova Nərgizə Xeyrulla qızı Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun dərmandan zəhərləndiyi bildirilir. Nərgizə Tofiqovanın xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

 

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv