“Çelsi” çempion oldu
İngiltərə Premyer Liqasının yeni çempionu məlum olub.
APA TV-nin məlumatına görə, Premyer Liqanın 35-ci turunda “Kristal Palas”la üz-üzə gələn “Çelsi” minimal hesablı qolla qalib gəlib. Eden Hazardın vurduğu qolla 1:0 hesablı qələbə qazanan Joze Mourinyonun komandası vaxtından əvvəl çempion olub.
Qeyd edək ki, bu, London klubunun beşinci çempionluğudur.