Bakıda 11-ci sinif şagirdi özünü binanın damından atdı
Bakıda intihara cəhd hadisəsi baş verib. Pirallahı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirallahı qəsəbəsində qeydə alınıb.
235 saylı orta məktəbin 11-ci sinif şagirdi, 1997-ci il təvəllüdlü Əminə Rövşən qızı Cəfərova 5 mərtəbəli yaşayış binasının damından özünü atıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.