Kinorejissor Nicat Feyzullayev vəfat etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış kinorejissor Nicat Feyzullayev vəfat edib.

 

APA TV-nin xəbərinə görə, görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin oğlu olan Nicat Feyzullayev 1945-ci ildə anadan olub. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan Nicat Feyzullayev  bir neçə bədii, bir sıra sənədli filmlərin quruluşçu-rejissoru, ssenari müəllifi olub.

 

Onun quruluş verdiyi “Küçələrə su səpmişəm”, “Qızıl balıq”, “Arvadım mənim, uşaqlarım mənim” bədii filmləri və bir çox sənədli film, “Mozalan” süjetləri ilə kinosevərlərin rəğbətini qazanıb.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv