Azərbaycanda rus rublu və avro ucuzlaşıb
Azərbaycan Mərkəzi Bankı bivalyuta səbətinə daxil olan dollar, avro və rublun yeni kursunu açıqlayıb.
Yeni məzənnəyə əsasən, ABŞ dolları cüzi bahalaşıb, avro və rubl isə ucuzlaşıb. Mayın 4-ə açıqlanan məzənnəyə görə, 1 ABŞ dollarının kursu 1,0483 manat təşkil edir. 1 avronun kursu 1,173 manat, 1000 Rusiya rublunun dəyəri isə 20 manat 20 qəpik müəyyənləşib.
Qeyd edək ki, qeyd olunan valyutalar Mərkəzi Bankın bivalyuta səbətinə daxildir.