Göygöldə oğurluq edənlər Gəncədə qəza törətdi

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzasının təfərrüatları məlum olub. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə hadisə mayın 3-də 06 radələrində şəhərin Totanı küçəsində baş verib.

 

Şəhər sakini Hakim Mehdiyev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sərnişini, həmyerlisi 1990-cı il təvəllüdlü Məhəmməd Əzizov hadisə yerində ölüb. Avtomobildə olan 600 manat, 300 manat dəyərində danışıq kartları və 2 min manatdan artıq dəyərdə tütün məmulatı və məişət əşyaları ətrafa dağılıb.

 

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları müəyyən ediblər ki, pul və digər əşyalar mayın 3-nə keçən gecə H.Mehdiyev və M.Əzizov tərəfindən Göygöl rayonunun Üçtəpə kəndində kənd sakini Bahar Abbasovaya məxsus mağazadan oğurlanıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsi və Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv