Ukrayna və Gürcüstan Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımadı

Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımır və qeyri-legitim hesab edir. APA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

 

Bəyanatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu “seçkilər”in hüquqi nəticəsi ola bilməz: "Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir”.

 

Analoji bəyanatla Gürcüstan Xarici İşlər Nazirliyi də çıxış edib. Rəsmi Tbilisi bəyan edib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən "parlament seçkiləri"nin nəticələrini tanımır: "İşğal olunmuş ərazilərdə keçirilən "seçkilər" beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır".

 

Müəllif | Apa.Tv
Apa.tv