Azərbaycan prezidenti İtaliyanın iqtisadiyyat və maliyyə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın iqtisadiyyat və maliyyə naziri Pier Karlo Padoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin önəmi qeyd olunub, tədbirin yüksək səviyyədə təşkil olunduğu bildirilib, ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından toplantının rolu xüsusi vurğulanıb.

 

Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin tərəfdaşlıq səviyyəsinə qalxdığı və uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın siyasi, iqtisadi, mədəni, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv