Prezident İlham Əliyev Yaponiya baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Yaponiya baş nazirinin müavini, maliyyə naziri Taro Asonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyətindən danışılıb, ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində böyük iqtisadi inkişafa nail olunduğu vurğulanıb, Birinci Avropa Oyunlarının ilk dəfə Azərbaycanda təşkil olunmasının önəmi qeyd edilib, respublikada mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün yaradılan müasir şərait yüksək dəyərləndirilib.

 

Söhbət zamanı Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, informasiya- kommunikasiya texnologiyaları, turizm, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv