Azərbaycanda avro və rubl yenə ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan məzənnələrini açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, bankın rəsmi məzənnələr bülleteninə əsasən 1 ABŞ dollarının kursu 1,0485 manat olaraq müəyyənləşib.

 

Bivalyuta səbətinə daxil olan avronun manata nisbətən ucuzlaşması davam edir. Mərkəzi Bank 1 avronun məzənnəsini 1,1676 manat olaraq müəyyənləşdirib.

 

Rusiya rublu da bir gün əvvələ nisbətən dəyərsizləşib. Rəsmi məzənnəyə əsasən, 1000 rublun qiyməti 20 manat 10 qəpik təşkil edir. 

Müəllif | Apa.Tv
Apa.tv