Ermənistanda keçmiş qadın deputat tutuldu

Ermənistan parlamentinin keçmiş deputatı, “Çiçəklənən Ermənistan” Partiyasının üzvü, sahibkar Qoar Yenokyan saxlanılıb.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, xanım Yenokyan təcridxanaya aparılıb. Ona qarşı hansı ittihamın irəli sürüldüyü hələlik bəlli deyil.

 

Cinayət işinin təhqiqatını xüsusi istintaq qrupu aparır.

Müəllif | Apa.Tv
Apa.tv