Ağdamda tutulan erməni kəşfiyyatçıya 15 il iş verildi

Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi yekunlaşıb.


APA-nın qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Arsen Baqdasaryan 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq-mühafizə orqanlarına təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv