Azərbaycanda yağışlı hava şəraiti davam edəcək

Mayın 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal şərq küləyi əsəcək. Temperatur gecə 8-13, gündüz  16-20 dərəcə isti olacaq.

 

Bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

 

Ölkə ərazisində yağışlı hava şəraiti mayın 7-si gündüzə qədər davam edəcək. Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv