Prezident İlham Əliyev “İnturist” hotelinin açılışında iştirak edib

Bu gün Bakıda “İnturist” hotelinin açılışı olub. APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hotelin açılışında iştirak ediblər.

 

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə hotel barədə ətraflı məlumat verilib. Bildirilib ki, beşulduzlu bu hotel “Absheron Hotel Group”a aiddir. Yeni hotel vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Yeni hotel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir.

 

Qeyd olunub ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.

 

Dövlət başçısı oteldə yaradılmış şəraitlə tanış olub və hotelin kollektivi ilə görüşüb.

Müəllif | Apa.Tv
Apa.tv